Ağdam rayonu, Ergi qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan ərzaq mağazasının yanar konstruksiyaları və içərisindəki ərzaq malları yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə zamanı yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 04:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.