Ağdamda 15 yaşlı qız faciəvi şəkildə ölüb
05 fevral 2016 19:55 (UTC +04:00)

Ağdamda 15 yaşlı qız faciəvi şəkildə ölüb

0

Ağdamda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, bədbəxt  hadisə rayonun Mahrızlı kəndində baş verib.

 

Mirizadə Məlahət Bəxtiyar qızı vanna otağında qaz sızması nəticəsində boğularaq ölüb. Ailə üzvləri qızın hamamdan gec çıxdığını görüb içəri daxil olublar və onu huşsuz vəziyyətdə aşkarlayıblar.

 

Ağdam Təcili Tibbi Yardım Şöbəsinin həkimləri hadisə yerinə gəlsələr də, M. Mirizadənin həyatını xilas etmək mümkün olmayıb.

 

Qeyd edək ki, M. Mirizadə Ağdam rayon Təhis Şöbəsinin Zəngişalı kənd Tam orta məktəbinin 10-cu sinif şagirdidir.

 

Hadisə yerinə Ağdam rayon Polis Şöbəsinin əməkdaşları gəliblər. Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar