Ağdama dolu düşdü
23 may 2016 22:32 (UTC +04:00)

Ağdama dolu düşdü

0

Ağdamın yaşayış məntəqələrinə dolu düşüb.

 

APA-nın Qarabağ müxbirinin xəbərinə görə, axşam saatlarında yağan dolu rayonun  Zəngişalı, Mahrızlı, Qaradağlı və Əfətli kəndlərinə daha çox düşüb.

 

Kənd sakinlərinin dediyinə görə, dənli bitkilərdən arpaya, həmçinin soğan və pomidor sahələrinə ziyan dəyib. Yağıntı meyvə ağaclarını da  ziyan vurub.

 

Qaradağlı kənd Bələdiyyəsinin sədri Şamil Əhmədov APA-ya açıqlamasında bildirib ki, əkin sahələrində çalışan sakinlərdən  xəsarət alanlar olub. Xəsarət yüngül olduğundan  xəstəxanaya müraciət olunmayıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 523

Oxşar yazılar