Ağcabədi rayonunun Qaravəlli kəndində baş verən qəza zamanı xəsarət alanlardan daha iki nəfər ölüb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, xəstəxanaya yerləşdirilən 1979-cu il təvəllüdlü Alıyev Kənan Vaqif oğlu və onun 9 yaşlı qızı Fərqanə Alıyevanın həyatını xilas etmək mümkün olmayıb. Ata və qızı sentyabrın 15-də günün sonuna doğru dünyalarını dəyişiblər.
Xatırladaq ki, "BMW", “Mercedes” və “Daewoo” markalı minik avtomobillərinin toqquşması nəticəsində BMW-nin sürücüsü, Bəbişov Elgün Fərhad oğlu, "Daewoo"-nun sürücüsü Ağamalıyev Nəbi Məhəmməd oğlu, sərnişinlər - Alıyeva Naibə Əli qızı, Alıyev Fəqan Kənan oğlu hadisə yerində ölüblər. Ailənin sağ qalan yeganə üzvü, 2009-cu il təvəllüdlü Alıyeva Gülçin Kənan qızının vəziyyətinin ağır olduğu bildirilir.