Ağcabədidə top mərmisinin ballistik qapağı tapılıb
24 iyul 2016 14:08 (UTC +04:00)

Ağcabədidə top mərmisinin ballistik qapağı tapılıb

0

Bu gün saat 08:22-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinə və saat 08:12-də  “102” Xidməti-Zəng mərkəzi sisteminə Ağcabədi rayonu Qiyaməddinli kəndi ərazisindən keçən Qar-Qar çayının içərisində partlamamış mərminin aşkar olunması barədə məlumatlar daxil olub.

 

ANAMA-dan Lent.az-a verilən məlumata görə, xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

 

ANAMA mütəxəssisləri tərəfindən həmin əraziyə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində aşkar olunmuş 1 ədəd partlamış top mərmisinin ballistik qapağı götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.  Sursatın ətrafında 3 000 kv.m əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar