Ağcabədidə intihara cəhdin qarşısı alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1 nəfər intihar etmək məqsədi ilə özünü Yuxarı Qarabağ kanalının Ağcabədi rayonundan keçən hissəsinə atmaq istəyib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə intihara cəhdin qarşısını alıblar.