Ağcabədidə vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı ev yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ev sahibinin övladı, 2010-cu il təvəllüdlü Abdullayev Orxan Novruz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yanğın saat 23:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.