Ağcabədidə evdən 5 min manatlıq qızıl oğurlanıb
20 dekabr 2014 18:40 (UTC +04:00)

Ağcabədidə evdən 5 min manatlıq qızıl oğurlanıb

0

 

Ağcabədi şəhərinin  Nəriman Nərimanov küçəsində  rayon sakini Mehriban Şərifzadəyə məxsus evdən oğurluq  edilib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, ev sahibi yerli Polis Şöbəsinə müraciət edərək beş min manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması haqda məlumat verib. Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları isti izlərlə oğurluqda şübhəli bilinən rayon sakini Xəyal Qurbanovu saxlayıblar. Onun üzərinə baxış keçirilərkən, oğurlanmış əşyalar müəyyən edilərək, maddi sübut kimi götürülüb.

 

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 281

Oxşar yazılar