Ağcabədidə "Mercedes", Tovuzda mağaza yandı
15 yanvar 2016 02:35 (UTC +04:00)

Ağcabədidə "Mercedes", Tovuzda mağaza yandı

0

Ağcabədi və Tovuzda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın  Fövqəladə Hallar Nazirliyinin (FHN)  saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi rayonunda yanğın  Qarakeçdi kəndində vətəndaşa məxsus "Mercedes" marlalı minik avtomobilində baş verib. Nəticədə avtomobilin salonunda idarəetmə lövhəsi və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.  

 

Tovuz rayonunda sahibi məlum olmayan ümumi sahəsi 24 kv.m olan mağazanın dam örtüyün yanar konstruksiyaları 6 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 311

Oxşar yazılar