İntihar etmək istəyən 3 nəfər fikrindən daşındırıldı - <span style="color:red;">YENİLƏNİB
12 yanvar 2016 13:31 (UTC +04:00)

İntihar etmək istəyən 3 nəfər fikrindən daşındırıldı - YENİLƏNİB

Ağcabədi rayonunda intihara cəhd edən üç nəfər fikrindən daşındırılıb.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi şəhərində 5 mərtəbəli yaşayış binasının damına çıxaraq özünü oradan atacağını deyən şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin apardıqları danışıqlardan sonra aşağı eniblər.

 

 

***

13:24

 

Ağcabədi rayonunda üç nəfər intihara cəhd edir.


 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağcabədi şəhərində 3 nəfər 5 mərtəbəli yaşayış binasının damına çıxaraq özünü oradan atacaqlarını deyir.


 
Xocavənd və Ağdam rayon sakinləri olduğu deyilən 20-25 yaşlarında üç oğlanı fikrindən daşındırmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşlar, Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə gəliblər.
 
 
Hazırda intihara cəhd edən şəxsləri fikirlərindən daşındırmaq üçün söhbət aparılır.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 350

Oxşar yazılar