Ağcabədi rayonunda bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 14-də Ağcabədi rayonunun Kəhrizli kəndində kənd sakini Üzeyir Əliyev elektrik cərəyanı vurması nəticəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.