Ağ Ev Dövlət Departamentini təkzib etdi
18 dekabr 2014 07:38 (UTC +04:00)

Ağ Ev Dövlət Departamentini təkzib etdi

0

Prezident Barak Obama Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı qanun layihəsini hələ ki imzalamayıb.

 

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə agentliyə məsələnin  detalları ilə ətraflı tanış olan ABŞ administrasiyasının rəsmi nümayəndəsi bildirib.

 

"Prezident Obama qanun layihəsini hələ ki imzalamayıb”, deyə mənbə bildirib.

 

Məlum olduğu kimi, bir qədər əvvəl  ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki prezident Barak Obama tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsi ilə bağlı qanun layihəsinin imzaladığını bildirmişdi.  Onun sözlərinə görə, adıçəkilən qanun layihəsi  Ukrayna hökumətinə silah-sursatın tədarükünü də nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar