Syerra Leonedə bir qrup naməlum şəxs “Ebola” virusundan ölmüş 5 sakini dəfn edən səhiyyə işçilərinə hücum edib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, polisin məlumatına görə, insident ölkənin şimal-qərbindəki Uoterlu şəhərində baş verib. Naməlum şəxslər həkimlərə hücum edərək cəsədlərin dəfninə mane olmağa çalışıblar. Hadisə yerinə gələn asayiş keşikçiləri dəfn mərasiminin sona çatdırılmasını təmin ediblər.
Qeyd edək ki, “Ebola” xəstələyinin yayılması səbəbindən sentyabrın 19-da Syerra Leonedə 3 günlük karantin qüvvəyə minib. Həkimlər və polis istisna olmaqla, ölkə sakinlərinə evlərini tərk etməmək tövsiyə olunub.