Afrika Futbol Konfederasiyasına nəzarət FİFA-ya verilir
FİFA Afrika futboluna idarəçiliyi öz nəzarətinə götürəcək.
APA-nın məlumatına görə, buna Afrika Futbol Konfederasiyasındakı (CAF) korrupsiya qalmaqalları səbəb olub.
Belə ki, FİFA-nın Etika Komitəsinin CAF-ın prezidenti Ahmad Ahmadın fəaliyyətindəki korrupsiya halları ilə bağlı araşdırmaları belə zərurət yaradıb. CAF-ın İcraiyyə Komitəsinin iclasında konfederasiyanın fəaliyyətinə nəzarətin FİFA-ya verilməsi barədə qərar qəbul olunub.
Qeyd edək ki, Afrika futbolundakı böhranla FİFA-nın baş katibi Fatma Samuranın məşğul olacağı gözlənilir.
511