Ad gününü qeyd edən paytaxt sakininin evi qarət olundu
12 avqust 2016 04:58 (UTC +04:00)

Ad gününü qeyd edən paytaxt sakininin evi qarət olundu

Bakının Nəsimi rayonunda mənzil qarət olunub. APA TV-nin məlumatına görə, hadisə 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində qeydə alınıb.

 

Mənzil 16-da  yaşayan Elmira Əliyeva deyir ki, 50 illik yubileyini qeyd etmək üçün bir neçə qonşusu ilə yaxınlıqda yerləşən restoranlardan birinə gedib. Ancaq günün sonunda evə qayıdan Elmira xanım naməlum şəxs və ya şəxslərin “sürprizi” ilə qarşılaşıb.

 

Zərərçəkənin sözlərinə görə, oğrular mənzildən yalnız nağd pul və bəzək əşyaları aparıblar. Maraqlı məqamlardan biri isə, mənzildə planşet, televizor və kompüterin oğurlanmamasıdır. Elmira xanım hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin (DİN) "102" "Qaynar xətti"nə məlumat verib. Mənzilə baxış keçirən polis əməkdaşları evdən barmaq izləri götürüb. Bina sakinləri isə analoji hadisənin sözü gedən küçədə dəfələrlə baş verməsindən narahatdırlar.

 

Artıq faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203
avatar

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21