Aclıq və səfalətdə boğulan ölkə
02 sentyabr 2014 14:08 (UTC +04:00)

Aclıq və səfalətdə boğulan ölkə

 

Atəşkəsin elan olunmasndan keçən müddət ərzində Azərbaycan çoxşaxəli və məqsədyönlü strtaeji inkişaf konsepsiyası ilə dünya birliyinin layiqli üzvünə çevrilmiş, regional liderə çevrilmişdir. Beynəlxalq münasibətlər sisteminin aparıcı aktoru olan Respublikamız istər ölkədaxili, istərsə də xarici strategiyası ilə bir sıra yeniliklərə imza atmış, sabitlik, tolerantlıq mərkəzinə çevrilmişdir. Müasir Azərbaycan ordusu da artıq 20 il əvvəlin ordusu deyildir. Bu gün Azərbaycanın real, hər cür lazımi hərbi vəsaitlərlə təmin olunmuş, çox ciddi hərbi təlim keçmiş ordusu vardır.

Bəs maraqlıdır Ermənistanın nəyi var? Bir az da statistik göstəricilərə nəzər salaq. Hal-hazırda Ermənistanın əhalisi 3 milyona yaxındır. 1990-cı illərin əvvəlində isə bu rəqəm 3,7 milyon olub. Ciddi şəkildə enmə müşahidə olunmaqdadır. Azərbaycanın əhalisi isə 9,5 milyona yaxındır. Ciddi artım mövcuddur. Həm də torpaqların işğalına, on minlərlə şəhidin verilməsinə baxmayaraq. Ermənistanın 2014-cü il üçün dövlət büdcəsi 3 milyard dollara yaxındır. Azərbaycan isə illik büdcədən təkcə 3,8 milyard dollara yaxın vəsaiti ölkənin müdafiəsi məqsədilə ayırmışdır. Yəni Azərbaycanın hərbi müdafiə məqsədilə büdcədən ayırdığı vəsait Ermənistanın dövlət büdcəsi qədərdir. Ümumilikdə Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi milyard dollardır. Ermənistan enerji mənbələri baxımından yoxsul bir ölkədir. Həmçinin Xəzər enerji qaynaqlarına çox yaxın bir sahədə yer alan Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi destruktiv siyasət nəticəsində regionun imkanlarından da lazımi dərəcədə yararlana bilmir.

Ermənistan iqtisadiyyatı çökmüş durumdadır. Vətəndaşlar öz ölkələrini tərk edirlər. Hətta bununla bağlı belə bir deyim də vardır: hər bir erməni təktərəfli uçuş biletini almaq üçün pul arxasınca qaçır. Yəni təyyarə biletini toplaya bilən hər bir erməni ölkəsini tərk edir, bir daha geri qayıtmır. Ermənistan prezidenti Serj Sarkisyanın 24 avqust tarixində gənc jurnalistlərlə görüşü zamanı əlacsız etdiyi etirafları da bunu təsdiqləyir: “Ermənistanın əksər vətəndaşları ədalət çatışmazlığı

və ya qanunun aliliyinin olmamasına görə, daha yaxşı həyat üçün ölkəni tərk edirlər. Məsələ ondadır ki, biz sayca azıq və miqrasiya bizə ikiqat pis təsir edir. Başqa yandan, siz başa düşməlisiniz ki, digər ölkələrlə müqayisədə bizdə ən azı iki əlavə motiv var ki, ölkədən köçü daha da stimullaşdırır: birincisi, erməniləri maqnit kimi özünə çəkən diasporadır. İkincisi isə başa çatmayan müharibə, təhlükəsizlik problemidir. Valideynlər həyəcan keçirir və s.”, - deyə Sarkisyan acı etirafda bulunub.

İqtisadi çöküş edən Ermənistan hökuməti yalnızca müharibə imitasyonu edəcək gücə malikdir. Bu imitasiya isə zaman-zaman səfalət içində boğulan xalqın gözünə pərdə asmaq, ya da ki, regionda mövcud təzyiqlərin tələb etdiyi zaman ortaya çıxır. Reallıq isə budur ki, Ermənistan faktiki olaraq Rusiyanın vassalına çevrilib. Ölkə özünü idarə etmək iqtidarına malik deyildir , güclə ayaqda qalır. Müharibə reallığı isə ölkə vətəndaşlarını təşvişdə saxlayır. Bir sözlə, Ermənistan müharibəsiz məğlubiyyətə düçar olmuşdur.

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 969
avatar

Oxşar yazılar