Abşeronda sürücü avtomobillə azyaşlını vuraraq qaçıb
Xırdalan şəhərində 12 yaşlı qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, Xırdalan şəhərində 1 nömrəli məktəbin yaxınlığında yolu keçmək istəyən 2007-ci il təvəllüdlü Nağdəliyeva Könül Baris qızını avtomobil vuraraq qaçıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona sol dizin əzilmiş-sıyrılmış yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
582