Abşeronda mərmi aşkarlanıb
08 avqust 2013 02:49 (UTC +04:00)

Abşeronda mərmi aşkarlanıb

Abşeron rayonunda qazıntı işləri aparılarkən döyüş sursatı aşkarlanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat nazirliyin “112” qaynar telefon xəttinə daxil olub. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçirib. Müəyyən olunub ki, bu, istifadəyə yararsız bir ədəd 152 mm çaplı top mərmisidir. Mərmi aidiyyəti üzrə təhvil verilib.

 

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib, şübhəli əşya aşkar edilməyib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 367
avatar

Oxşar yazılar