Yolu keçən ana və qızı avtomobil vurdu
28 iyun 2019 22:51 (UTC +04:00)

Yolu keçən ana və qızı avtomobil vurdu

0
 
Xırdalan şəhərində, Bakı Mühəndislik Universitetinin yaxınlığında yol qəzası baş verib.
 
APA-nın xəbərinə görə, "VAZ 2107" markalı minik avtomobili 1987-ci il təvəllüdlü Baloğlanova Könül Mahmud qızı və onun övladı 2012-ci il təvəllüdlü Baloğlanova Aylin Emin qızını vurub.
 
Ağır xəsarət alan yaralılar təcili olaraq 1 saylı Klinik Tibbi Mərkəzə aparılıb. Ana və azyaşlı övladı reanimasiya şöbəsinə yerləşdirilib.
 
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1355

Oxşar yazılar