ABŞ Nüvə Təhlükəsizliyi üzrə Milli Administrasiyası və Hərbi-Hava Qüvvələri iyulun 1-də “B61-12” nişanlı yeni nüvə bombasını sınaqdan keçirib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə qurumun saytında dərc edilmiş məlumatda bildirilir.
Məlumata görə, döyüş başlığı olmayan “B61-12” bombası Nevada ştatındakı Tonopa poliqonunda sınaqdan keçirilib. Sınağın uğurlu keçdiyi qeyd olunur.
Həmçinin qeyd olunur ki, ilin sonunadək “B61-12” bombasının daha iki dəfə sınaqdan keçirilməsi planlaşdırılır.