ABŞ-ın müdafiə naziri Çak Heygel rusiyalı həmkarı Sergey Şoyqu ilə Ukraynadakı vəziyyəti müzakirə edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, amerikalı nazir bildirib ki, NATO-nun fəaliyyəti “təhrikedici və ya işğalçı” xarakterli deyil.
Ç.Heygel alyansdakı müttəfiqlərinin müdafiəsini gücləndirməyə yönəli fəaliyyət göstərdiklərini söyləyib.
S.Şoyqu öz növbəsində Ukrayna ərazisində Rusiyanın “kəşfiyyat –diversiya qrupunun olmadığını” deyib.