ABŞ-dan Bakıya gətirdiyi qadının başına oyun açdı <span style="color:red;">– TOY FIRILDAĞI
06 iyul 2017 14:19 (UTC +04:00)

ABŞ-dan Bakıya gətirdiyi qadının başına oyun açdı – TOY FIRILDAĞI

 

Bakıda əcnəbi ölkə vətəndaşına qarşı dələduzluq edilib. Lent.az xəbər verir ki, ABŞ vətəndaşı, 1970-ci il təvəllüdlü Elizabeth Rose Albecht hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Azər adlı şəxs onu aldadaraq 5 min dollar pulunu alıb.

 

Amerikalı qadın şikayət ərizəsində qeyd edib ki, bir müddət əvvəl Azər adlı şəxslə tanış olub. Həmin şəxs daha sonra qadına evlilik təklif edib və onu Azərbaycana dəvət edib. Elizabeth Rose keçən ay bilet alaraq təyyarə ilə Bakıya gəlib və Azərlə görüşüb. Onlar bir neçə gün görüşüblər və Bakını gəziblər. İyunun 22-də isə Azər qadına bildirib ki, toy etmək üçün pul lazımdır və ondan 5 min dollar alıb. Lakin həmin müddətdən sonra Azər yoxa çıxıb. Çıxılmaz vəziyyətdə qalan amerikalı qadın çıxış yolunu polisə müraciət etməkdə görüb.

 

Müraciət əsasında araşdırmalar aparılır.

 

# 107
avatar

Nizam Rza

Oxşar yazılar