ABŞ-da polis idarəsinə hücum edən şəxs öldürüldü
14 iyun 2015 04:36 (UTC +04:00)

ABŞ-da polis idarəsinə hücum edən şəxs öldürüldü

0

ABŞ-ın Dallas şəhərinin polis idarəsinin qarşısında atışma törədən şəxs snayper tərəfindən öldürülüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polisin açıqlamasına əsasən, naməlum şəxs idarə etdiyi mikroavtobusu polis idarəsinin qarşısında saxlayıb. Polis əməkdaşları ona yaxınlaşarkən sürücü qəfil avtomobili onlara tərəf sürərək vurmağa cəhd edim. Bundan sonra isə polis əməkdaşlarına odlu silahdan atəş açıb və hadisə yerini tərk edib.

 

Polis əməkdaşları tərəfindən müəyyən müddət təqib olunan silahlı şəxs avtomobili saxlayaraq  üzərində partladıcı qurğunun olduğunu  və onu işə salmaq niyyətində olduğunu bildirib. Adının Ceyms Buluer olduğunu bildirən şəxs danışıqlar zamanı qeyd edib ki, polis əməkdaşları onu uşağından ayırıb, özünü isə terrorçuluqda ittiham edib.        

 

Silahlı şəxsin təslim olmaq niyyətində olmadığını görən polis avtomobili iriçaplı snayper silahından atəşə tutub. Nəticədə sürücü aldığı güllə yaralarından hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar