Ağsuda ev, Ağcabədidə maşın yandı
27 may 2017 15:13 (UTC +04:00)

Ağsuda ev, Ağcabədidə maşın yandı

0

Ağsuda ev yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Ərəbmehdibəy kəndində vətəndaşa məxsus birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Ağcabədidə də yanğın hadisəsi baş verib. Vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

 

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 337

Oxşar yazılar