Yolu keçmək istəyən 18 yaşlı qızları maşın vurub
24 sentyabr 2019 22:57 (UTC +04:00)

Yolu keçmək istəyən 18 yaşlı qızları maşın vurub

0


Qazax rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Şıxlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, yolu keçmək istəyən Mirzəliyeva Gülnur və Məmmədova Tamaşanı "VAZ-21099" markalı avtomobil vurub. Xəsarət alanların hər ikisinin 18 yaşı olduğu bildirilib.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 894

Oxşar yazılar