"Topaz" nisyəyə 80 min pul atan şəxs uduzub
22 fevral 2016 15:16 (UTC +04:00)

"Topaz" nisyəyə 80 min pul atan şəxs uduzub

0

Bakı sakini “Topaz”da 80 min manat uduzub. Lent.az-ın “Report”-a istinadənxəbərinə görə, 1988-ci il təvəlüdlü Taleh Musayev nisyə 80 min manat pulu oyunlara yazdırıb.

Hadisə Nərimanov rayonu, A.Nemətullah küçəsi 49 Q-də yerləşən “Topaz” idman mərc oyunları məntəqəsində baş verib.

Məntəqəni işlədən Bakı şəhər sakini İlqar Məmmədov polisə müraciət edib və T.Musayevdən şikayətçi olub. O bildirib ki, T.Musayev nisyə 80 min manat pulu oyuna yazdıraraq uduzub, lakin pulunu ödəməyib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 17-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar