"Tok" 48 yaşlı qadını öldürdü
20 iyun 2017 20:37 (UTC +04:00)

"Tok" 48 yaşlı qadını öldürdü

0

Şəmkirdə elektrik cərəyanı qadını vuraraq öldürüb. APA-nın qərb bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb. Kənd sakini 1969-cu il təvəllüdlü Həsənova Yeganə Fərhad qızı su çəninə elektrik nasosla su vurmaq istəyərkən cərəyan onu vurub. Qadın dərhal rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onun dünyasını dəyişdiyi məlum olub.

 

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 703

Oxşar yazılar