APA-nın “Ren TV”yə istinadən verdiyi məlumata görə, "Rüfət Gəncinski" ləqəbi ilə tanınan bu şəxs 8 il müddətinə azadlıqdan məhrum edilib.
O, 2013-cü ildə həmyerlisi, Lyublinsk bazarının həmtəsisçilərindən biri İlham Əliyevi öldürməkdə və qanunsuz silah ticarəti ilə məşğul olmaqda təqsirli bilinir. Rüfət Gəncinski həmçinin məşhur kriminal avtoritet Ded Hasanın ölümü ilə bağlı cinayət işində əsas fiqurantlardan biridir.
İttihamın irəli sürülməsinə rəğmən, azərbaycanlı kriminal avtoritet bildirib ki, o sadəcə killerə nəzarət edib və əməliyyatın detallarını hazırlayıb. Rüfət Gəncinski bu qətlin təşkilatçısı və ya sifarişçisi olmadığını iddia edir.
Xatırladaq ki, 33 yaşlı Ü. Tağıyev 2013-cü ilin payızında Moskva şəhərində saxlanılıb. Əməliyyatçıların bildirdiyinə görə, o, nüfuzlu “qanuni oğru” hesab edilən Rövşən Lənkəranskiyə (Rövşən Canıyev) yaxınlığı ilə tanınır.