(R) Taksi 189 xidmətinin müştəriləri üçün Express sığorta
30 oktyabr 2013 10:07 (UTC +04:00)

(R) Taksi 189 xidmətinin müştəriləri üçün Express sığorta

Express Sığorta Agentliyi taksi sifarişi xidməti 189 ilə saziş imzalayıb. Tərəfdaş təşkilatlarla əməkdaşlığın genişləndirilməsi çərçivəsində və əhalinin geniş təbəqələrini

keyfiyyətli sığorta xidmətləri və sığorta müdafiəsi ilə təmin etmək məqsədilə, Express Sığorta Agentliyi 189 taksi sifarişi xidməti ilə saziş imzalayıb. Bu sazişə əsasən, 189 taksi sifarişi xidmətinin sürücüləri üçüncü şəxslərin qarşısında öz mülkü məsuliyyətlərini Express Sığorta Agentliyində sığorta edəcəklər.

Bu sığorta ilə avtonəqliyyat vasitələri

sahibləri üçüncü şəxslərin əmlak, həyat və sağlamlığına (yəni, faktiki olaraq 189 taksi xidmətinin sərnişinlərinin həyat və sağlamlığına) dəyə biləcək zərərlərə görə öz məsuliyyətlərini icbari qaydada sığortalamış olacaqlar. Bu cür icbari sığorta müqaviləsinin təminatı yalnız taksi sürücüsünün günahından baş vermiş hadisələri

əhatə etdiyi üçün, Express Sığorta Agentliyi 189 taksi sifariş xidmətinə digər avtomobil sürücüsünün (qarşı tərəfin) günahından baş vermiş hadisələri əlavə olaraq təminat altına almışdır.

Bu cür, daha geniş təminat, günahkarın kim olub olmamasından asılı olmayaraq yol-nəqliyyat hadisəsi nəticəsində sərnişinlərə tibbi xərclərin ödənilməsini nəzərdə tutur. Xatırladaq ki, ölkəmizin ən böyük sığorta agentliklərindən sayılan və Respublika ərazisində geniş agent və filial şəbəkəsinə sahib olan Express Sığorta Agentliyi , 28 sığorta növü üzrə həm korporativ, həm də fərdi müştərilərə xidmət göstərir.

 

Express Agentliyinin rəsmi sığorta tərəfdaşı, Azərbaycan sığorta bazarının aparıcı sığortaçılarından biri olan – AXA MBASK Sığorta Şirkətidir. Müştərilərin rahatlığını təmin etmək məqsədilə, Express Agentliyi sığorta müqavilələrinin müştərilərin ünvanına “express” çatdırılma xidmətini təqdim edir. Sığorta şəhadətnaməsini əldə etmək üçün

muştərilər (012) 488 64 54 nömrəsinə zəng etməklə birbaşa şirkətin məlumat mərkəzinə və ya (012) 596 70 88 nömrəsinə zəng etməklə agent mərkəzinə müraciət edə bilərlər.

 

Bu hadisəni şərh edən Express Agentliyinin təsisçisi Rəşad Abbasov bildirib: “189 taksi sifarişi xidməti ən böyük avtoparklardan birinə malikdir, hər gün 189 taksi xidmətindən minlərlə ölkə vətəndaşı istifadə edir, 189 taksi xidmətinin keyfiyyətinə on minlərlə müştəri etibar edir və biz, şübhəsiz ki, on minlərlə taksi sərnişinlərinin sığorta müdafiəsinin məhz bizim agentlik vasitəsilə təmin olunmasına görə fəxr edirik. Express Sığorta Agentliyi üçün müştərilərə və partnyorlara göstərilən xidmətlərin səviyyəsi və

sığorta xidmətlərin və təkliflərin keyfiyyəti – biznesin inkişafında ən əsas amillərdir.”

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1157
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46