DəmirBank-ın aktivləri 1 sentyabr 2013-cü il tarixinə 376,2 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə qeyd edilən tarixə 291,4 mln. manatı keçib.
Bankda müştəri depozitlərinin həcmi 1 sentyabr 2013-cü il tarixinə 174,7 mln. manat olub. Əhalinin əmanətlərinin həcmi isə 1 sentyabr 2013-cü il tarixinə 142,3 mln. manat təşkil edib ki, hesabat dövrü ilə müqayisədə bu göstərici 14,5% və ya 18 mln. manat çoxdur.
Bankın 1 sentyabr 2013-cü il tarixinə məcmu kapitalı isə 56,5 mln. manat olub.
Ölkənin ilk kommersiya bankı olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. DəmirBank Fitch Ratings və Planet Rating agentliklərinin “stabil” proqnozlu “B” reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.