(R) Azercell-dən jurnalistika nəzəriyyəsi və praktikası
30 oktyabr 2013 17:30 (UTC +04:00)

(R) Azercell-dən jurnalistika nəzəriyyəsi və praktikası

Şirkətin təşəbbüsü ilə mətbuat nümayəndələri üçün növbəti peşə təlimi keçirildi

Azercell Telekom hər zaman ölkədə mətbuatla əməkdaşlığa və mətbuatın inkişafına yönəlmiş layihələrə və xüsusi önəm verib. Ən yaxşı araşdırma məqaləsi üzrə müxtəlif müsabiqələr, bu və digər ölkə və regionlarda telekommunikasiya sahəsinin inkişafı ilə daha yaxından tanış olmaq imkanı yaradan şirkətin Türkiyədə və İsveçdə yerləşən baş ofislərinə səfərlər bunun bariz nümunəsidir.

Artıq uzun müddət ərzində şirkətin dəstəyi ilə jurnalistlər üçün təşkil olunan ingilis dili kurslarını xüsusilə qeyd etməyə ehtiyac var. Bu il isə, jurnalistlərin müraciəti əsasında, mövcud kurslara xüsusi olaraq rus dili kursu da əlavə olunub. Azercell-in ölkə mətbuatının inkişafına gətirdiyi digər əhəmiyyətli töhfə mətbuat nümayəndələri üçün təşkil olunan peşə təlimləridir. “TV jurnalistika”, “Biznes jurnalistika” kimi uğurla təşkil olunan kursların sayəsində Azercell artıq xarici mütəxəssislərin iştirakı ilə xüsusi təlimlərin keçirilməsində təcrübə toplayıb. Bu il isə, şirkətin təşəbbüsü ilə Bakı və bölgələrdən müxtəlif mətbu orqanlarını təmsil edən 15

jurnalist üçün daha bir media-təlim təşkil olunub.

Oktyabrın 28-29 tarixlərində keçirilən iki günlük təlimdə təcrübəli jurnalistlərlə bərabər, artıq biliklərini bu peşədə tətbiq edən ali məktəbin son kursunda təhsil alan tələbələr də iştirak edib. Tədbirə çap mətbuatının, informasiya agentliklərinin, xəbər portallarının, TV və regional KİV-lərin əməkdaşları qatılıblar. Geniş təcrübəyə malik Türkiyəli mütəxəssislər Mehmet Binay və Ayzen Atalay xəbərlərin yazılması, işıqlandırılması üçün mövzu seçimi, müsahibə alma texnikası, səmərəli ünsiyyətin yeni növü olan sosial şəbəkələrdən istifadə və digər maraqlı mövzular üzrə mühazirələr oxumuş və praktiki təlimlər keçirmişlər. Müxtəlif tapşırıqlar zamanı biliklərin tətbiqi və həmin praktiki məşğələlərin video yazısı ilə tanışlıq tədris olunan materialın jurnalistlər tərəfindən daha dərindən mənimsənilməsinə və onları maraqlandıran bütün sualların təlimçilər və həmkarlarla müzakirə etməyə imkan yaradıb.

Azercell-in təşkil etdiyi təlimin digər vacib amili isə Türk və dünya KİV-lərinin iş prinsipləri ilə daha yaxın tanışlıq və təlimçilərin iştirakçılarla geniş fikir mübadiləsinin mümkün olması idi. Azercell gələcəkdə də ölkə jurnalistikasının inkişafına yönəlmiş yenilikçi layihələrə dəstək göstərməkdə davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 871
avatar

Oxşar yazılar