Quldurluq edən şəxslərdən ikisi tutulub
25 iyun 2016 14:28 (UTC +04:00)

Quldurluq edən şəxslərdən ikisi tutulub

0


İyunun 24-də Lənkəran şəhərində şirniyyat istehsalı ilə məşğul olan Rövşən Ağayevə məxsus ofisdə quldurluq hadisəsi baş verib.

 

DİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ofisin açıq qalmış qapısından girən 3 maskalı şəxs, orada işləyən Azər Babayevin əllərini iplə bağlayıb onu və digər işçi Rəfail Əliyevi bıçaq və tapançaya bənzər əşya ilə hədələyərək oradakı seyfin açarını tələb edib, istədiklərinə nail olmadıqlarından A.Babayevin baş nahiyəsinə xəsarət yetirərək R.Əliyevin köməkliyi ilə seyfi 1-ci mərtəbəyə düşürüb. Ancaq quldurlar A.Babayev əllərini açıb səs-küy saldığından seyfi orada qoyaraq hadisə yerini  “Nissan” markalı avtomobildə tərk ediblər.

 

Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Əli Məmmədov və Elnur Əsgərov tutulub, daha 1 nəfər isə müəyyən edilib.

 

Hadisə zamanı istifadə edilmiş “Nissan” markalı avtomobil götürülüb.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 305

Oxşar yazılar