“Qarabağ”da növbəti itki baş verib. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun Lent.az-a açıqlamasında bildirib ki, braziliyalı yarımmüdafiəçi Danilo Dias zədələnib. Oyunçunun dizində ciddi zədə aşkarlanıb. Braziliyalının 1 aya yaxın müddət komandaya kömək edə bilməyəcəyi müəyyənləşib.
Bununla Dias Avropa Liqasında oktyabrın 2-də “Inter”lə, oktyabr 23-də isə “Dnepr”lə oynanılacaq qarşılaşmalarda forma geyinə bilməyəcəyi bildirilib.
Qeyd edək ki, “Sent-Etyen” maçta digər Braziliyalı Çumbinyo zədələnib. Onun 5 ay oynaya bilməyəcəyi dəqiqləşib.