Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən Pirşağı qəsəbəsində yaşayan Elşən İbadovun evinə baxış keçirilib.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, baxış zamanı 23 dibçəkdə 490 qram çətənə kolu və 650 qram marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində də Bankə qəsəbə sakini Rafiq Mustafayevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu aşkar edilərək götürülüb. R.Mustafayev əvvəllər də məhkumluq yaşayıb.
Həmçinin Salyan şəhər sakini Əziz Hacıyevin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu da Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzə çıxarılıb.