"Növbəti addımların nəticəsini səbirsizliklə gözləyirik" - Aİ rəsmisi
"Avropa İttifaqı Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutmuş Vyana danışıqlarını yüksək qiymətləndirir".
Bunu ONA-ya açıqlamasında Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
"Danışıqlar prosesi davam edir. Avropa İttifaqı prosesi dəstəkləyir. Növbəti addımların nə olacağını səbirsizliklə gözləyirik", - deyə səfir qeyd edib.
471