<b>"Moyşik" yuduğu maşını qaçırdı</b>
25 avqust 2016 12:18 (UTC +04:00)

"Moyşik" yuduğu maşını qaçırdı

0

Bakıda avtomobil oğurlayan şəxs saxlanılıb.

 

 

 

Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, avqustun 23-də paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən avtoyuma məntəqələrindən birindən, orada işləyən Hikmət adlı şəxs, Bakı şəhər sakini Elnur Yaqubova məxsusu “Niva” markalı avtomobili qaçırıb.

Avqustun 24-də avtomobilin rayonun Babək prospektində hərəkətdə olması Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilərək və aidiyyəti üzrə məlumat ötürülüb.

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Hikmət Babayev saxlanılıb.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 269

Oxşar yazılar