Mağazaya basqın edib nisyə dəftərini apardılar
04 sentyabr 2014 11:51 (UTC +04:00)

Mağazaya basqın edib nisyə dəftərini apardılar

Bərdədə mağaza yarılıb. Lent.az-ın “qafqazinfo”a istinadən məlumatına görə, rayonun Elçin Əsədov küçəsində yerləşən Zabil Dadaşova məxsus mağazadan oğurluq olub. Gecə baş verən oğurluq zamanı naməlum şəxslər qapının qıfılını sındırıblar. Mağazadan siqaret, nağd pul, danışıq konturu və ərzaq məhsulları oğurlanıb. Ümumilikdə mağazadan 10 min manat dəyərində qarət edilib.

 

Eləcə də, oğrular mağazanın “nisyə dəftəri”ni də özləri ilə aparıblar.

Faktla bağlı araşdırma başlanıb. Oğrular axtarılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1313
avatar

Oxşar yazılar