"Hyundai"la "Mitsubishi" toqquşdu: sürücü xəsarət aldı
07 oktyabr 2014 07:36 (UTC +04:00)

"Hyundai"la "Mitsubishi" toqquşdu: sürücü xəsarət aldı

0

Bakının Nəsimi rayonunda sürücünün xəsarət alması ilə nəticələnən qəza baş verib.

 

APA-nın məlumatına görə, hadisə yeni inşa olunan körpünün yaxınlığında qeydə alınıb. Qəzada "Mitsubishi Pajero" və "Hyundai ix35" markalı avtomobillər toqquşub.

 

Nəticədə "Hyundai"in sürücüsü Rəşid Məhərrəmov xəsarət alıb. Yaralıya hadisə yerinə gələn təcili yardımda ilkin tibi yardım göstərildikdən sonra xəstəxanaya çatdırılıb.

 

Hadisə yerinə gələn Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsindən verilən məlumata görə, qəzanın səbəbkarı yaxınlıqdakı müşahidə kameralarına baxıldıqdan soran müəyyən olunacaq. Qəzada yararsız hala düşən avtomobillər evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıb. Faktla bağlı Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1195

Oxşar yazılar