"Günəşli" yatağındakı 10-cu özüldə baş vermiş yanğın söndürülüb.
Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində yanğının söndürülməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilib.
Görülmüş fasiləsiz və təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq bu gün saat 19:24-də yanğın tamamilə söndürülüb.