"Energetik içkilərin reklamının qadağan edilməsi vacibdir" - Deputat
30 sentyabr 2019 13:16 (UTC +04:00)

"Energetik içkilərin reklamının qadağan edilməsi vacibdir" - Deputat

 
 
“Reklam haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin parlamentin işlər planına salınmasını təklif edirəm”.
 
APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında millət vəkili Musa Quliyev bildirib.
 
Musa Quliyev deyib ki, energetik içkilərin reklamı qadağan olunmalıdır: “Energetik içkilərin gənclərin sağlamlığına zərərli təsiri məlumdur. Amma telekanalların hamısında bu içkilər reklam olunur. Ona görə də “Reklam haqqında” qanunda energetik içkilərin reklamının qadağan edilməsi vacibdir” .
 
M. Quliyev “Reproduktiv sağlamlıq haqqında” qanunun bu sessiyada qəbulunun da vacib olduğunu, növbəti sessiyaya qalmayacağına ümid etdiyini söyləyib. 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 402

Oxşar yazılar