<b>Qəzaya uğrayan təyyarədə ölənlərdən daha birinin meyiti tanınıb</b>
26 may 2016 12:27 (UTC +04:00)

Qəzaya uğrayan təyyarədə ölənlərdən daha birinin meyiti tanınıb

0

Azərbaycanın “SilkWay” aviaşirkətinə məxsus “AN 12” yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən ukraynalı heyət üzvünün cəsədi yaxınları tərəfindən tanınıb.

 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, bu, Zadnipryanets Ruslan Vladimiroviçdir. R. Zadnipryanetesin cəsədinin ailəsinə verilməsi ilə bağlı razılıq əldə edilib.

 

Qeyd edək ki, indiyə kimi heyətin 3 azərbaycanlı üzvünün – Nadir Rzayev, Firdovsi Şahverdiyev və Azər Zülfiyevin nəşləri ailələrinə təhvil verilib. Hazırda 3 nəfərin (1 özbək, 2 azərbaycanlı) meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindədir. Onların cəsədlərinin tanınması ilə bağlı genetik ekspertiza təyin edilib, bu istiqamətdə müvafiq iş aparılır.

 

Onu da qeyd edək ki, mayın 18-də “SilkWay” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. Təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub. Ekipaj üzvləri bunlardır:

 

1. Şaydanov Rəşid Rəhmanoviç (Özbəkistan vətəndaşı), təyyarənin kapitanı, 1953-cü il təvəllüdlü

 

2. Abdullayev Altay Oqtay oğlu (Azərbaycan vətəndaşı), ikinci pilot, 1971-ci il təvəllüdlü

 

3. Əsədullayev Nazim Orucəli oğlu (Azərbaycan vətəndaşı), şturman, 1968-ci il təvəllüdlü

 

4. Rzayev Nadir Adıgözəl oğlu (Azərbaycan vətəndaşı), bort mühəndisi, 1964-cü il təvəllüdlü

 

5. Şahverdiyev Firdovsi Şir oğlu (Azərbaycan vətəndaşı), radio-operator, 1964-cü il təvəllüdlü

 

6. Zülfiyev Azər Ağakişi oğlu (Azərbaycan vətəndaşı), bort operatoru, 1973-cü il təvəllüdlü

 

7. Zadnipryanets Ruslan Vladimiroviç (Ukrayna vətəndaşı), texnik, 1969-cu il təvəllüdlü

 

8. Qanja Andrey Nikolaeviç (Ukrayna vətəndaşı), texnik, 1955-ci il təvəllüdlü

 

9. Əliyev Rəmzi Mamudoviç (Ukrayna vətəndaşı), texnik, 1963-cü il təvəllüdlü

 

Hadisə nəticəsində texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil-qənaətbəxş olaraq qiymətləndirilir.

 

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 239

Oxşar yazılar