Lənkəran sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs ələ keçib.
Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, dünən Lənkəran rayonunun İstisu qəsəbəsində qəsəbə sakini Rəşid Yaqubov münaqişə zəminində həmyerlisi İ.Əliyevi və onun oğlu Cavidi döyüb. Döyülən İ.Əliyev evinə qayıtdıqdan sonra ölüb.
Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə R.Yaqubov tutulub.
Cinayət faktı ilə bağlı araşdırma aparılır.