
Moskvada atışmada: bir azərbaycanlı sahibkar öldürüldü, digəri yaralandı
Ötən gecə Moskvada yolda 1 nəfərin ölümü, 1 nəfərin yaralanmasına səbəb olan atışmanın təfərrüatları məlum olub.
ONA-nın “mk.ru” saytına istinadən verdiyi məlumata görə, atışmada ölən və yaralananların azərbaycanlı sahibkarlar olduğu üzə çıxıb.
Hadisənin səbəbi bir həftə əvvəl Rəsul və Aqil adlı azərbaycanlı iki sahibkarın digər azərbaycanlı sahibkara 300 min rubl ödəyərək 15 ton kartof alması olub. Ancaq maşına yüklənmiş kisələr boşaldılan zaman kartofların dondurulduğu və temperaturun artması ilə çürüməyə başladığı məlum olub. Kartof kisələrini maşına yükləyərək geri qaytaran sahibkarlar həmyerlilərindən ödədikləri pulu geri tələb ediblər.
Tərəflər pulun qaytarılması üçün aprelin 14-də gecə İzmaylovo qəsəbəsində görüş təyin ediblər. Ancaq pulu qaytarmaq niyyətində olmayan sahibkarla mübahisə başlayıb, sonra da atışma olub. Nəticədə aldadılmış sahibkarlardan 32 yaşlı Rəsul qarnından, onun tərəfdaşı Aqil isə başından yara alıb. Yaralanan sahibkarlar avtomobillə xəstəxanaya getməyə qərar veriblər. Avtomobili idarə edən Aqil “Don” magistralında Rəsulun artıq nəfəs almadığını görüb. O, Lipetsk küçəsində avtomobili saxlayıb və təcili tibbi yardım xidmətinə zəng açıb. Ancaq həkimlər gələn zaman artıq yaralının qanaxmadan öldüyünün şahidi olublar. Aqil isə xəstəxanaya yerləşdirilib.
İki və daha artıq şəxsin qətlə yetirilməsi, qanunsuz odlu silah əldə etmə maddələri ilə cinayət işi açılıb. Hazırda azərbaycanlı sahibkarları güllələyən digər azərbaycanlı sahibkar axtarılır.
Oxşar yazılar

Bakıda dəhşətli qəza: Ölən və yaralananlar var - YENİLƏNİB
24 aprel 2025 , 00:53
Kəlbəcərdə yük və minik avtomobilləri toqquşdu - 1 nəfər öldü
23 aprel 2025 , 21:17
Qubada körpü yararsız hala düşdü: 60-dan çox kəndin yolu bağlandı
23 aprel 2025 , 21:07
O qədər içdi ki, ürəyi partlayıb öldü - Azərbaycanda ŞOK
23 aprel 2025 , 19:20
Oğurladığı motosikletlə şəhərdə gəzirdi, saxlanıldı
23 aprel 2025 , 18:24
Şamaxıda FACİƏ: bitki yığan qoca kişi dağdan yıxılıb öldü
23 aprel 2025 , 17:49
Ordumuzun giziri kanalda batdı - YENİLƏNİB
23 aprel 2025 , 17:46