Dələduzluq: 15 min dollara ev aldı, problemlə üzləşdi
01 fevral 2015 16:19 (UTC +04:00)

Dələduzluq: 15 min dollara ev aldı, problemlə üzləşdi

Bakıda 15 min dollara ev alan şəxs polisə müraciət edib. Lent.az-ın məlumatına görə, 1982-ci il təvəllüdlü Məmmədov Emin Rafiq oğlu bildirib ki, 2013-cü ilin 1 avqust tarixində İmamverdi adlı şəxsdən G.Əliyev küçəsi 24A ünvanındakı evi 15 min dollara alıb. Lakin sonradan məlum olub ki, həmin şəxs evi başqa adama da satıbmış. Belə ki, evin 2005-ci ildə Loğman Seyfullayev adlı şəxsə də saxta sənədlə satılması məlum olub. İmamverdi adlı şəxs L.Seyfullayevdən də həmin ev müqabilində 15 min dollar alaraq mənimsəyib.

 

Məsələ ilə bağlı zəruri araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 202
avatar

Oxşar yazılar