Ələt-Astara magistral avtomobil yolunun 118–ci km-də, Biləsuvar rayonu ərazisində “Niva” markalı minik avtomobili ilə "KamAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticədə "Niva" markalı avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 02:36-da başa çatıb.