"Bakı Metropoliteni" qatar növbətçiləri axtarır
25 fevral 2016 17:35 (UTC +04:00)

"Bakı Metropoliteni" qatar növbətçiləri axtarır

0

 

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Qatarın qəbulu və yola salınması üzrə növbətçi” peşəsi üzrə ödənişsiz kurslar təşkil edir. Metropolitenin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Hərəkət Xidmətində müvafiq peşə üzrə işlə təmin ediləcəklər. Kurslar 1 ay müddətində davam edəcək. Kursa boyu minimum 170 sm olan 18-30 yaş arası qızlar, 22-30 yaş arası oğlanlar tələb olunur.

 

Kurslarda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)

 

Müraciətlər martın 4-dək qəbul olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 343

Oxşar yazılar