<b>Zaqatalada itkin düşən çobanın meyiti dağdan endirilib</b>
28 iyul 2018 12:27 (UTC +04:00)

Zaqatalada itkin düşən çobanın meyiti dağdan endirilib

Zaqatalada itkin düşən çobanın meyiti dağdan endirilib. 

 

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə,  Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti mürəkkəb relyefli yüksək dağ massivindən endirilərək rayon mərkəzinə gətirilib. 

 

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə gətirilib. Müayinə işi başa çatdıqdan sonra meyit ailəsinə təhvil veriləcək.

 

Fövqəladə Hallar Nazirliyi də bununla bağlı məlumat yayıb.

 

Məlumatda bildirilir ki, iyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyiti aidiyyəti üzrə təhvil verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363
avatar

APA Baycan

Oxşar yazılar