Bakıda dəhşətli qəza: ölən var – VİDEO
23 may 2018 15:30 (UTC +04:00)

Bakıda dəhşətli qəza: ölən var – VİDEO

Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az ARB-yə istinadən xəbər verir ki, Bakı-Salyan yolunun Sədərək dairəsi istiqamətində “Qaz 31” markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Nəticədə sərnişin aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sürücü isə yüngül xəsarətlər alıb.

 

Əraziyə polis, təcili və təxirə salınmaz tibbi yardım stansiyasının əməkdaşları cəlb olunub.

 

İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub. Fakt araşdırılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434
avatar

Oxşar yazılar