Dənizdə batanlardan ikisinin meyiti tapıldı - ADLAR - YENİLƏNİB
07 iyul 2018 11:02 (UTC +04:00)

Dənizdə batanlardan ikisinin meyiti tapıldı - ADLAR - YENİLƏNİB

Bakıda ötən gün axşam saatlarında Pirşağı çimərliyində dənizdə batan şəxslərin adları məlum olub.

 

APA-nın əldə etdiyi məlumata görə, onlar – 1997-ci il təvəllüdlü Əli Rüstəm oğlu Əbdürrəhmanov, 1998-ci il təvəllüdlü Nizami Namiq oğlu Qasımov və 1991-ci il təvəllüdlü Hüseyn Muxtar oğlu Kərimovdur.

 

Xilasedicilər onlardan ikisinin – Ə. Əbdürrəhmanov və N. Qasımovun meyitlərini taparaq sudan çıxarıb. H. Kərimovun axtarışları davam etdirilir.

 

 

 

***

6 iyul

 

20:25

 

Bakıda dənizdə batanlardan ikisinin meyiti tapılıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən təxminən 1-1,5 km aralı, nəzarətsiz ərazi) çimərkən batdığı bildirilən 3 nəfərin axtarışları ilə əlaqədar aparılan əməliyyat nəticəsində iki naməlum kişi meyiti (təxminən 20-25 yaşlarında) aşkarlanıb.

 

Meyitlər sudan çıxarılaraq aidiyyəti üzrə təhvil veriliblət. Şəxsiyyətləri dəqiqləşdirilir.

 

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən axtarış tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcək.

 

 

 

***

 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə 3 nəfərin batması barədə məlumat daxil olub. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 409
avatar

Oxşar yazılar