<b>Vəzifəli şəxslər barəsində cinayət işi açıldı</b>
03 avqust 2017 18:45 (UTC +04:00)

Vəzifəli şəxslər barəsində cinayət işi açıldı

Peşə məktəbinin vəzifəli şəxsləri tərəfindən məktəbin pedaqoji və işçi heyətinə əsassız olaraq artıq əməkhaqqı ödənilməsi barədə Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəyyən edilib ki, Xızı Peşə məktəbinin vəzifəli şəxsləri tərəfindən öz qulluq səlahiyyətlərindən sui-istifadə edərək məktəbin tədris bazası olmamasına, istehsalat təcrübəsinin faktiki keçirilməməsinə baxmayaraq gözətçi, sürücü, paltarsaxlayan və ocaqçı kimi rəsmiləşdirilən artıq ştat vahidlərinə, əlavə tarifləşdirilmiş dərs saatları verilən, əvəzçiliklə işləyən, habelə şagirdlərin davamiyyəti olmadığı halda qrup jurnallarında əsassız olaraq rəsmiləşdirilmiş pedaqoji işçilərə 47 min 971 manat məbləğində artıq əməkhaqqı ödənilib.

 

Həmin fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə)  maddəsi ilə cinayət işi başlanıb.

 

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

# 149
avatar

Oxşar yazılar

Bakıda  FACİƏ:   BDU-nun tələbəsi öldü

Bakıda FACİƏ: BDU-nun tələbəsi öldü

4 mart 2024 , 17:22
Piyadanın üstündən keçdi, hadisə yerindən qaçdı, həbsdə öldü

Piyadanın üstündən keçdi, hadisə yerindən qaçdı, həbsdə öldü

4 mart 2024 , 17:07
İki ayda Bakı yollarında  25 nəfər   ölüb

İki ayda Bakı yollarında 25 nəfər ölüb

4 mart 2024 , 16:49
Azərbaycanda daha bir İran aşiqi  tutuldu

Azərbaycanda daha bir İran aşiqi tutuldu

4 mart 2024 , 16:34
Bakıda daha bir  məktəbli   vəfat etdi

Bakıda daha bir məktəbli vəfat etdi

4 mart 2024 , 16:12
Azərbaycanlı narkomanın törətdiyi  dəhşətli qəzada   6 nəfər öldü

Azərbaycanlı narkomanın törətdiyi dəhşətli qəzada 6 nəfər öldü

4 mart 2024 , 16:06
Kamran Əliyev onu təqaüdə göndərdi

Kamran Əliyev onu təqaüdə göndərdi

4 mart 2024 , 15:10
Bakıda kafedə KÜTLƏVİ DAVA

Bakıda kafedə KÜTLƏVİ DAVA

4 mart 2024 , 13:33